Sionistlərin nəzarətində olan fələstinli əsirlərin səhhətindən nigarançılıq bildirilib
Fələstin rəsmiləri sionist rejim həbsxanalarında aclıq elan edən fələstinli məhbusların səhəttindən nigaran qaldıqlarını bildiriblər.
Əl-Məyadin televiziyasının verdiyi məlumata görə, Fələstin əsirlər idarəsinin rəisi İsa Qəraqə bu gün deyib: İsrail rejimi həbsxanalarında aclıq elan edən fələstinli məhbusların sayı 100 nəfəri ötüb keçib.
İsa Qəraqə sionist rejimin həbsxanalarında saxlanılan fələstinli məhbuslara qarşı kars cəzalarını pisləyərək deyib: Fələstinli məhbuslara qarşı törədilən cinayətlər beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır.
Qəraqə sonra deyib: 21 fələstinli məhbus karsda saxlanılır; onlardan biri 20 gündür, bu qərara qarşı etiraz əlaməti olaraq aclıq elan edib və hal-hazırda təzyiqi düşərək huşdan gedib.
Qəraqə daha sonra deyib: Çoxlu sayda fələstinli uşaq da həbs olunub və ağır işgəncələrə məruz qalıb; onlar həbs edildikləri gündən işgəncə edilirlər, onlara qarşı güc tətbiq olunaraq etiraf alınır və mühakimə olunurlar.
Sionist rejim həbsxanalarında aclıq aksiyası keçirən fələstinli məhbusların ailələri də sionist rejimin cinayətlərinə qarşı beynəlxalq ictimaiyyətin susmasını pisləyiblər.
Sionist rejim həbsxanalarında 7 mindən çox fələstinli məhbus saxlanılır; onlarin arasında qadın və uşaqlar da var.