Türkiyə parlamentariləri Fətulla Gülənin təhvil verilməsini istədi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i228226-türkiyə_parlamentariləri_fətulla_gülənin_təhvil_verilməsini_istədi
Türkiyə Böyük Millət Məclisinin üzvü Amerikanın Fətulla Güləni təhvil verməsi üçün rəsmi tələbin hazırlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 04, 2016 14:30 Asia/Baku
  • Fətulla Gülən
    Fətulla Gülən

Türkiyə Böyük Millət Məclisinin üzvü Amerikanın Fətulla Güləni təhvil verməsi üçün rəsmi tələbin hazırlanmasından xəbər verib.

APTN-in verdiyi məlumata görə, Türkiyə dövləti 15 iyulda dövlət əleyhinə uğursuz çevriliş cəhdinin arxasında Fətulla Gülənin dayandığını bildirərək, ABŞ-ın Pensilvaniya Ştatında yaşayan bu şəxsin hələ də Türkiyə dövlətinə qarşı fəaliyyətlərini davam etdirməsi ehtimalından xəbər verib. 

Hakim Ədalət və İnkişaf Partiyasının üzvü olan millət vəkili Sena Nur Çelik Brüsselə olan səfəri zamanı deyib: ABŞ rəsmilərinə lazım olan faktların göndərilməsi ilə məşğuluq. 

"Dəlil və sübutların ilk hissəsi artıq göndərilib. Etiraflar və təhlükəsizlik orqanlarından əldə edilən faktlar da hazırlanaraq, ABŞ rəsmilərinə göndəriləcək." - deyə Sena Nur Çelik bildirib.