Avq 08, 2016 10:19 Asia/Baku
  • İsmayıl Qəhrəman
    İsmayıl Qəhrəman

Türkiyə Böyük Millət Məclisinin sədri Türkiyədə hərbi çevrilişlər dövrünün başa çatdığını dedi.

Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, İsmayıl Qəhrəman İstanbulda keçirilən "Demokratiya və Şəhidlər" mitinqində deyib: Bütün hərbi çevrilişləri dəfn etmək niyyətindəyik. Türkiyə xalqı böyük bir xalqdır. Səlahəddin Əyyubi və Sultan Mehmet Fatehin nəfələridir. 

İ.Qəhrəman əlavə edib: Türkiyə xalqı, xalq arasında təfriqə salmağa çalışan şər qüvvələri məğlub etməyi bacardı. 

TBMM sədri çevrilişə cəhd edənlərin Türkiyə Parlamentini hədəfə aldıqlarına da işarə edib və deyib: Türkiyə Böyük Millət Məclisinin sədri olaraq bildirirəm ki, Türkiyədə hərbi çevrilişlər dövrü artıq başa çatıb. Biz vahid bir xalqıq və bir terror təşkilatının xalq arasında fitnə salmasına icazə verməyəcəyik. 

Teqlər