Avq 08, 2016 12:34 Asia/Baku
  • İstanbulda
    İstanbulda "Demokrasiya və Şəhidlər" mitinqi

Türkiyə xalqı bu ölkə prezidenti Rəcəb Təyyib Ərdoğan və hakim Ədalət və İnkişaf Partiyasına dəstəyini davam etdirir.

Bazar günü (7 avqust) İstanbulda Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanın çağırışı əsasında Yeni Kapı(Yeni Qapı) meydanında mitinq keçirilib. Mitinq iştirakçıları Ərdoğana dəstək verməklə yanaşı, 15 iyul dövlət çevrilişinə uğursuz cəhdi qınayıblar.

France 24 telekanalı bildirir: Cümhuriyyət dönəminin ən iri mitinqinda 3 milyondan çox insan iştirak edərək, demokratiyaya dəstək verib və çevriliş qurbanlarının xatirəsini yad edib.

France 24 telekanalı həmçinin bildirib: Bu mitinq Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan üçün qüdrət nümayişi idi və Ərdoğan bu mitinqdə bir daha Türkiyədə edam hökmünün bərpa edilməsi ehtimalından xəbər verib.

Ərdoğan daha sonra, dövlət çevrilişinə uğursuz cəhdin ardınca ona qarşı kəskin ittihamlar səsləndirən Xalqların Demokratik Partiyasını(HDP) xəyanətkar adlandırıb.

Bu mitinqdə prezident Rəcəb Təyyib Ərdoğan, baş nazir Binali Yıldırım və müxalifətdə olan partiyaların liderləri çıxış ediblər.

Bu mitinqdə yeri boş görünən tərəf HDP idi.

Türkiyə prezidenti PKK-nın himayədarlarından olan Xalqların Demokratik Partiyasını(HDP) bu mitinqdə iştiraka dəvət etməmişdi. Buna baxmayaraq, bu mitinq, ötən 10 ildə müxalif partiyalar ilə hakim partiya tərəfdarlarının birgə iştirak etdiyi ilk mitinq sayılır.

Teqlər