İstanbulun Atatürk hava limanı təhlükəsizlik xəbərdarlığına görə boşaldılıb
Avq 08, 2016 16:32 Asia/Baku
Türkiyənin İstanbul şəhərinin Atatürk hava limanının müsafirləri Aeroportda bomba quraşdırılması ehtimalına görə hava limanından çıxarılıblar.
Türkiyə mediaları Atatürk hava limanı rəhbərliyinə istinadla bildiriblər ki, Atatürk hava limanının bütün uçuşları təxirə salınıb və bütün sərnişinlər aeroportdan evakuasiya edilib.
Məlumata görə bombanı zərərsizləşdirmə üzrə xüsusi bir qrup aeroportda araşdırmalara başlayıb.
Ötən ay İstanbulun Atatürk hava limanına terrorçu hücum nəticəsində 40 nəfər həlak olmuş, 200 nəfər yaralanmışdı.