Türkiyədə 81 min adam işdən qovulub
Türkiyənin baş naziri bu ölkədə baş verən uğursuz dövlət çevrilişi ilə əlaqədar 81 min 494 nəfərin işdən qovulduğunu deyib.
İRİB-in verdiyi məlumata görə, Türkiyənin baş naziri Binalı Yıldırım 15 iyun dövlət çevrilişi işinə baxılması prossesi barədə deyib: Bu cinayət işində 79 min 597 dövlət işçisi müvəqqəti olaraq, 4 min 897 işçi isə qəti şəkildə işdən qovulub, bunlardan 3 min nəfəri hərbçi və məhkəmə işçilərindən ibarətdir.
Yıldırım FETÖ-nün üzvləri və havadarlarının müəyyənləşdirilməsi qarşısında duran bəzi problemlərə toxunaraq deyib: Türkiyənin Amerikadan Fətullah Gülənin təhvil verilməsinə dair tələbi barədə 22 avqustda ABŞ-dan bir heyətin Türkiyəyə səfəri gözlənilir, Amerikanın vitse prezidenti Co Bayden isə avqustun 24-də Türkiyəyə səfər edəcək.
Türkiyənin baş naziri deyib: ABŞ Güləni Türkiyəyə təhvil verməzsə 79 milyonluq Türkiyədə anti Amerika düşüncəsi düşmənçiliyə çevrilə bilər.