Sionist rejim casusluq şəhərciyi yaratmağa çalışır
Avq 18, 2016 18:24 Asia/Baku
Sionist rejimin müharibə nazirliyi işğal olunmuş Fələstinin cənubunda casusluq şəhərciyi yaratmaq üçün tender elan edib.
Qüds xəbər agentliyinin məlumatına görə, sionist rejimin müharibə nazirliyi bir tender keçirməklə bu rejim ordusunun mühüm və həyati mərkəzlərinin işğal olunmuş Fələstinin cənubuna köçürülməsi üzrə irixərcli planın birinci etapını reallaşdırmaq niyyətindədir.
Bu istiqamətdə sionist rejimin müharibə nazirliyi işğal olunmuş Fələstinin cənubundakı Umər məntəqəsi yaxınlığında casusluq şəhərciyi yaratmaq üçün bir tender elan edib və qərar üzrə, 2022-ci ilədək bu rejim ordusunun hərbi kəşfiyyat kadrı və qüvvələrinin səksən faizi casusluq şəhərciyinə köçürülməlidir.