Suriya Dəməşq ətrafında kimyəvi hücumda Fransanın əlinin olduğunu bildirib
-
Suriya Dəməşq ətrafında kimyəvi hücumda Fransanın əlinin olduğunu bildirib
Suriya hökuməti ittiham edib ki, Fransanın təhlükəsizlik xidmətlərinin 2013-cü ildə Qutədə kimyəvi hücumlarda əli olub.
Press TV-nin məlumatına görə, Suriyanın BMT-dəki nümayəndəsi Bəşşar əl-Cəfəri Təhlükəsizlik Şurasının iclasında bildirib: Bu hadisə terror qruplaşmalarının səbəbkarı olduğu kimyəvi hücumda BMT-nin müfəttişlərinin diqqətini yayındırmaq məqsədilə həyata keçirilən məkrli plan idi.
Təhlükəsizlik Şurasının iclasında Fransa nümayəndəsi Suriya tərəfindən irəli sürülən ittihamları rədd edib.
Yüzlərlə nəfərin həlak olması ilə nəticələnən bu hadisə qərb ölkələrinin Suriyaya hərbi hücum və bu ölkə hökumətini devirmək üzrə təzyiqlərini ikiqat artırdı.
Bu kimyəvi hücumdan bir neçə ay sonra Suriya Rusiya və ABŞ arasında həyata keçirilən anlaşma əsasında öz kimyəvi silahlarını məhv etməklə razılaşdı.