Sen 04, 2016 15:44 Asia/Baku
  • Səudiyyə Ərəbistanı Yəmənin müxtəlif bölgələrini bombalayıb
    Səudiyyə Ərəbistanı Yəmənin müxtəlif bölgələrini bombalayıb

Səudiyyə qırıcı təyyarələri Yəmənin bombardımanını davam etdirir

Əl-Məsirə televiziyasının verdiyi məlumata görə, Səudiyyə hərbi təyyarələri bu gün səhər çağı Səna vilayətinin Həmdan bölgəsini üç dəfə bombalayıblar. 

Ərəbistan təyyarələri həmçinin Əl-Hədidə vilayətinin Əl-Hic bölgəsinin kommunikasiya şəbəkəsini eləcə də bir vətəndaşın evini dağıdıblar.

Təcavüzkar Səudiyyə qırıcıları Həccə bölgəsinin Hərəz məntəqəsini də 10 dəfə hücuma məruz qoyublar. 

Səudiyyə Ərəbiatanının hərbi təyyarələrinin dünən Səna və Sədə vilayətlərinə qarşı hava hücumlarında isə 14 mülki ölüb bir neçə uşaq daxil olmaqla bir qrup insan yaralanıb. 

Yəmənin ordusu və xalq qüvvələri bu gün Səudiyyə Ərəbistanının hava hücumlarına cavab olaraq ərəbistanın Samitədə yerləşən mövqelərini raketlə hədəfə alıblar.

Teqlər