Builki Həcc mərasimində Mina faciəsinin təkrarlanması haqda nigaranlıq
Allah Evin hacılarının Məkkəyə daxil olması prosesi davam edir. Lakin hələ də Mina faciəsinin təkrarlanması barəsində nigaranlıqlar vardır.
Əl-Aləm məlumat verib ki, Allah Evi zəvvarlarının Ərəbistanın daxili və xaricindən vacib Həcc əməlini yerinə yetirməsi üçün Məkkəyə daxil olması prosesi davam edir.
Həcc mərasimləri Zilhəccə ayının 8-də başlanır və hacılar Ərəfat səhrasına gedərək 9-a qədər orada qalırlar. Sonra isə mübarək Qurban bayramı günündə Minaya yollanırlar. Builki Həcc mərasiminin keçirilməsi ilə yanaşı qeyd edək ki, iranlı zəvvarlar Səudiyyə Ərəbistanının təxribatçılığı və maneəçiliyi nəticəsində bu mərasimdə iştirak etmirlər. Bu arada Mina faciəsinin təkrarlanması barəsində nigaranlıqlar artır. Ötən il Ərəfə günü səhərçağı baş verən faciə minlərlə iranlı və digər islam ölkələrindən zəvvarın dünyasını dəyişməsi ilə nəticələndi.