Okt 12, 2016 12:45 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi deyib: Səudiyyəli başçılar Yəmən əleyhinə təcavüzdən əl çəkmədikləri halda, həmişəlik məhv olacaqlar.

Əl-Minar televiziyasının məlumatına görə, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah sözlərinin ikinci hissəsini Yəmən olaylarına ayırıb və deyib: Biz günün günortaçağında səudiyyəlilərin açıq-aşkar təcavüzünün şahidiyik və vətəndaşlarla dolu böyük salonu necə vurduqlarını gördük. Səudiyyəlilər bilirdilər ki, bura, yas mərasiminin keçirildiyi məkandır. Səudiyyəli qırıcılar bu zalı qəsdən, bilərəkdən və çoxlu sayda siyasi və hərbi rəsminin olduğunu bildikləri halda hədəfə aldılar. Onlar qəsdən bu zalda olan insanlara ən böyük zərbəni vurmaq ardınca idilər. Səudiyyəlilər bu dəhşətli hadisəni törətdilər. Bütün dünya yavaş-yavaş oyanmaqdadır və dünyada baş verən bütün terrorizmin maliyyə baxımından və ideoloji dəstək baxımından səudiyyəlilərə aid olduğunu anlayırlar. Səudiyyənin mövqeyi və hörməti haradadır? İqtisadiyyatı hansı vəziyyətdədir? Əldə etdiyi yüz milyardlarla dollar haradadır? Səudiyyəlilər gəlirlərinin bir hissəsinə silah-sursat almaqla region müharibələrini təmin edirlər və qalan pulları Amerika banklarında həbs olunub ki, Amerikanın yeni qanunun əsasən oğurlansın. Səudiyyəlilər siyasətdə, iqtisadiyyatda, mövqedə, hörmətdə, hətta meydanda məğlubiyyətlə üzləşiblər. Siz hətta Yəmənlə sərhəddə öz bazalarınızı müdafiə etməkdə acizsiniz. Sizin bazalarınız hava dəstəyinə malikdir və həmin bazalarda hərbçidən çox tank vardır. Bununla belə siz bu bazaları ayaqyalın yəmənlilər qarşısında dəstəkləyə bilmirsiniz. Buna görə, Yəmən qarşısındakı həll yolu budur ki, səudiyyəli başçılar ağıllarını başlarına yığsınlar, səudiyyəlilərin dostları və müttəfiqləri onların başçılarını nəsihət etsinlər ki, yəmənlilərin qanını tökməkdən əl çəksinlər. Belə olmadığı təqdirdə, bu qanlar onların kökünü kəsəcək və həmişəlik olaraq tarixin zibil qutusuna göndərəcəkdir. 

Teqlər