Okt 19, 2016 13:44 Asia/Baku
  • Fikri İşık
    Fikri İşık

Türkiyənin müdafiə naziri ölkəsinin Mosul əməliyyatında iştirakı ilə bağlı razılığın əldə edilməsindən xəbər verib.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Fikri İşık Mosul əməliyyatında iştirakla bağlı Türkiyə ilə ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya ilə arasında anlaşmanın əldə edilməsindən və bu anlaşmaya əsasən Türkiyə qırıcılarının Mosul əməliyyatında iştirak edəcəklərini bildirib. 

O, cənub-şərqi Avropa ölkələrinin müdafiə nazirlərinin iclası kənarında deyib: Türkiyənin iştirakı olmadan Mosulun gələcəyi ilə bağlı qərarın qəbul edilməsi imkansızdır. 

Fikri İşık həmçinin deyib: Türkiyənin Mosul əməliyyatında iştirak etməsi məntəqənin İŞİD terrorçularından təmizlənməsi əməliyyatının sürətlənməsinə kömək edəcək. 

Türkiyənin müdafiə naziri həmçinin xəbərdarlıq edib və deyib:  Yerli olmayan qüvvələrin bu əməliyyatda iştirak etməsi son dərəcə təhlükəli problemlərə və Türkiyəyə doğru böyük bir mühacirət dalğasının yaranmasına səbəb ola bilər. 

Teqlər