Okt 24, 2016 12:29 Asia/Baku
  • Mosul- didərginlər
    Mosul- didərginlər

BMT-nin Uşaq Fondu YUNİSEF (UNICEF) bildirib ki, Mosulun İŞİD terrorçularından azad edilməsi əməliyyatında 600 mindən çox uşağın didərgin düşəcəyi proqnozlaşdırılır və bu qurumun bu sayda uşağın hamısına yardım etməyə lazımi hazırlığı yoxdur.

APTN-in verdiyi məlumata görə, UNICEF-in Yaxın Şərq və Şimali Afrika üzrə direktoru Girt Kepler dünən deyib: Mosul şəhərinin İŞİD terrorçularından geri alınması əməliyyatında 600 min uşağın didərgin düşəcəyi gözlənilir. YUNİSEF isə bu sayda uşağın hamısınıı qəbul etmək üçün hazırlığa malik deyil. YUNİSEF rəsmisi deyib: Təmsil etdiyi təşkilat bu sayda didərginin əksər hissəsini qəbul etməyə hazırdır. 

Kepler Ərbilin ətrafında bir ərzaq anbarına baxış keçirərkən deyib: Mosuldan didərgin düşən uşaqların tələbatını təmin etmək üçün YUNİSEF-in yardımları gündəlik qaydada regiona daxil ediləcək. 

YUNİSEF-in Yaxın Şərq və Şimali Afrika üzrə direktoru deyib: Didərginlər üçün düşərgənin yaradılmasından əlavə bu təşkilat səyyar bölmələr də nəzərdə tutub ki, İraqın müxtəlif bölgələrində yerləşdiriləcək.

YUNİSEF Mosulun terrorçuların işğalından azad edilməsi əməliyyatı boyunca Mosul əhalisindən 784 min nəfərə, o cümlədən də 500 min uşağa yardım etməyi planlaşdırıb.

Teqlər