Ayətullah Sistanının yardımları didərginlər arasında bölüşdürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i244463-ayətullah_sistanının_yardımları_didərginlər_arasında_bölüşdürülüb
Böyük təqlid mərcəyi Ayətullah Sistaninin tabeliyində olan imdad komitəsi Ərbildə yerləşən Əl-Xariz düşərgəsində didərginlər arasında humanitar yardımlar paylayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 09, 2016 09:06 Asia/Baku
  • Ayətullah Sistanının yardımları didərginlər arasında bölüşdürülüb
    Ayətullah Sistanının yardımları didərginlər arasında bölüşdürülüb

Böyük təqlid mərcəyi Ayətullah Sistaninin tabeliyində olan imdad komitəsi Ərbildə yerləşən Əl-Xariz düşərgəsində didərginlər arasında humanitar yardımlar paylayıb.

Əl-İraqiyyə telekanalının verdiyi məlumata görə, Ayətullah Sistaninin nümayəndəsi seyid Şəhid Musəvi deyib: Artıq iki gündür ki, Əl-Xariz düşərgəsində geyim və ərzaq malları paylanır. Bunları Ayətullah Sistaninin ofisi didərginlər üçün hazırlayıb. 

Əl-Xariz düşərgəsinin rəhbəri Bədrəddin Əhməd də deyib: Son iki gün ərzində bu düşərgəyə çoxlu sayda didərgin müraciət edib və onların hamısı da qəbul olunub. Digər tərəfdən didərginlər xeyriyyə təşkilatlarına xüsusiylə də Ayətullah Sistaninin ofisinə minnətdardırlar. Əl-Xariz düşərgəsi 8 mindən çox didərgin qəbul edib, didərginlər İraq ordusu və xalq qüvvələri eləcə də peşmərgələrin vasitəsi ilə azad edilmiş ərazilərdən buraya gətiriliblər.