Hüquqşünaslar təşkilatı: Səudiyyə Ərəbistanında şiə ruhanilərin həbsi nigaranedicidir
-
Səudiyyə Ərəbistanında şiə ruhanilərin həbsi nigaranedicidir
İnsan haqlarını müdafiə üzrə hüquqşünaslar təşkilatı bildirib: Fikir bildirdiklərinə görə Səudiyyə Ərəbistanında şiə ruhanilərin həbs edilməsi dini zəmində ayrı-seçkilik olaraq nigaranedicidir.
Əl-Minar televiziyasının internet portalının verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının şiə ruhaniləri ölkə başçılarını tənqid etdiklərinə görə uzun müddətli həbslərə məruz qalırlar. Məlumatda misal olaraq Əl-Əhsa vilayətinin şiə ruhanilərindən olan şeyx Tofiq Əl-Amir nümunə göstərilir. Ona qarşı 8 il həbs, 10 il müddətinə səfər və dini nitq etmək qadağasından ibarət hökm verilib. Şeyx Əl-Amir 2011-ci il avqust ayının əvvəllərindən Səudiyyə Ərəbistanının təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib, onun 2012-ci ildə azadlığa buraxılacağı gözlənilsəs də dini nitq söyləməmək üzrə şəhadətnaməni imzalamadığına görə yenidən 3 il həbs cəzasına məhkum edildi. Əl-Menar əlavə olaraq bildirir: Səudiyyə Ərəbistanı rəsmiləri 2016-cı il mart ayından Əl-Əhsa vilayətinin Ərrəmiyyə qəsəbəsinin sakini olan şeyx Hüseyn Ərrazini Ərəbistanda edam hökmü və Yəmənə qarşı müharibənin əleyhinə olduğuna görə həbsdə saxlayırlar. Səudiyyə rəsmiləri həm də bu ruhaninin cümə və camaat namazı qılmasına qadağa qoyublar. Səudiyyə dövləti keçmişdə şeyx Ərrazini bir sıra öhdəlikləri qəbul etməsi və ölkə siyasətinə qarışmayacağına zəmanət verməsi üçün çağırtdırmışdı. Səudiyyə Ərəbistanının təhlükəsizlik rəsmiləri ötən iyul ayında fitr bayramının üçüncü günündə Əl-Qütəyb vilayətində Səfəvi qəsəbəsinin sakini şeyx Məhəmməd Həsən Əl-Həbibi üç nəfərlə birlikdə şeyx Nimr Baqirəl-Nimrin edamına etiraz etdiklərinə görə həbs etdi.
Ərəbistanda bir çox şiə ruhanilər ölkədə siyasi islahatlara çağırdıqlarına və 2011-ci il etiraz aksiyalarında iştirak etdiklərinə görə həbs olunublar, Şeyx Məhəmməd Zeynəddin, seyid Cəfər Ələvi, şeyx Həsən Ali-Zaid, şeyx Bədr Ali-Taib, şeyx Cəfər Əssəviləh, şeyx Məhəmməd Əbdül-qəni Ətyə və şeyx Həbib Əl-Xəbbaz bu qəbildən olan ruhanilərdəndirlər.
Səudiyyə Ərəbistanının şərqində 2011-ci ildə baş verən etiraz aksiyaları polis qüvvələri tərəfindən güc tətbiq edilməsi nəticəsinə qarşıdurmalara gətirib çıxartdı və 20 nəfər həlak oldu.