Mosul didərginlərinin sayı artır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i246110-mosul_didərginlərinin_sayı_artır
Mosul didərginlərinin sayı 50 min nəfəri ötüb keçib
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 17, 2016 07:18 Asia/Baku
  • Mosul didərginlərinin sayı artır
    Mosul didərginlərinin sayı artır

Mosul didərginlərinin sayı 50 min nəfəri ötüb keçib

İRNA-nın verdiyi məlumata görə, Mosulun azad edilməsi əməliyyatının üçüncü mərhələsinin başlanması ilə bölgə sakinləri İŞİD-in cinayətlərindən özünü qorumaq üçün ərazidən qaçır və beləliklə didərginlərin sayı artıb. 

İraqın mühacirlər naziri Dərbaz Kusərtin dediyinə görə hal-hazırda Mosul didərginlərinin 75 faizi Xazər və Zəlikan kamplarında məskunlaşdırılıblar. 

17 oktyabrdan başlanan Mosulun azad edilməsi əməliyyatında bir milyon nəfərin didərgin düşəcəyi proqnoz edilir. 

Mosuldan əldə olunan başqa məlumata görə, Neynəva vilayətindəki Tələfər hərbi aeroportu tamamiylə İŞİD-in işğalından azad edilib. Bu əməliyyatda bir çox terrorçu öldürülüb və onlarla terrorçu Suriya sərhədlərinə tərəf qaçıblar. 

Tələfər aeroportunun azad edilməsi ilə İraqın xalq qüvvələri Neynəvanın bu iri şəhərini tam azad etmək ərəfəsindədirlər.