İraqlı qüvvələr Mosluda irəliləyirlər
Mosulun azad edilməsi əməliyyatının ardınca iraqlı qüvvələr bu şəhərin müxtəlif istiqamətlərindəki irəliləyişlərini davam etdirirlər.
Skay Nyus-un məlumatına görə, iraqlı qüvvələr bu gün Mosulun cənub istiqamətində yerləşən Nəmrud şəhərinin qədim məntəqəsinin şimalındakı Təl-Vai və Omərkan kəndlərini azad edə biliblər.
Bu əməliyyatda İŞİD terrorçuları böyük insan təlafatına və maddi xəsarətə düçar olublar.
Moslun şərqində də İraqın ordu və terrorizmlə mübarizə qüvvələri Əltəhrir məhəlləsi ətrafında İŞİD terrorçuları ilə toqquşublar.
Mosulun qərbində də İraqın xalq qüvvələri bu şəhərin şimal-qərbindən 70 kilometr aralıda yerləşən Tələfər şəhərinə daxil olmağa başlayıblar.
Neynəvanın azad edilməsi əməliyyatı oktyabrın 17-də İraqın baş nazirinin göstərişilə bir neçə mehvərdən başlanıb və iraqlı qüvvələr bu vilayətin yüzlərlə kvadrat kilometr ərazisini İŞİD-çilərin işğalından çıxara biliblər.