Səudlar Yəməndə atəşkəsi pozublar
Səud təcavüzkarları Yəmənin müxtəlif məntəqələrni bombalayaraq, bu ölkədə atəşkəsi pozmaqda davam edirlər.
Əlaləm telekanalının məlumatına görə, səud qırıcıları Yəmənin cənub-qərbi, qərbi və şimalında yerləşən Təiz, Əlhədidə və Həccə vilayətlərinin bəzi məntəqələrini bombalayıblar.
Səudların hava hücumları ilə paralel surətdə Ərəbistan muzdurları da Təiz vilayətinin Əlzəbuə məntəqəsi və Marəb vilayətinin Sərvah məntəqəsində əkin sahələri və mənzilləri raket hücumları hədəfinə çeviriblər. Nəticədə bir qrup yəmənli şəhid olub və ya yaralanıbdır.
Səud qırıcıları Həccə vilayətində yerləşən Midi səhrasının şimal məntəqəsində səhvən öz muzdurlarına hücum edərək, çoxlu sayda səud muzdurunu öldürüb və ya yaralayıblar.
Yəmənin ordu və xalq komitələri qüvvələri də təcavüzkarların hücumlarına cavab olaraq, Ərəbistanın cənubunda yerləşən Nəcran qarnizonunda bu ölkə ordusunun mövqelərinə bir ədəd raket atıblar.
Ərəbistanın və onun muzdurlarının Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları elə bir şəraitdə keçirilibdir ki, səudların iddiasına görə, onlar şənbə günü günortadan etibarən iki sutka müddətinə Yəməndə atəşkəs bərqərar ediblər.