Noy 24, 2016 12:10 Asia/Baku
  • Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti qərb ölkələrini riyakarlıqda suçlayıb: Qərblilər zalımları dəstəkləyirlər və məqsədləri də öz mənafelərini təmin etməkdir.

Rəcəb Tayyib Ərdoğanın bu sözləri ilə yanaşı qeyd edək ki, Avropa Parlamenti Türkiyənin Avropa Birliyinə qoşulmasına dair bu ölkə ilə danışıqların təxirə salınmasını səsə qoymaq niyyətindədir.

Ərdoğan bundan öncə Avropa ölkələrini Türkiyənin kürd müxalifləri, eləcə də uğursuz iyul çevrilişini dəstəkləyənlərə sığınacaq verməkdə suçlamışdı.

Türkiyə prezidenti deyib: Bütün bu olanlara rəğmən sakit durarsaq və səsimizi çıxarmazsaq, qərblilər günahsız vətəndaşların qanına əli bulaşmış zalımları dəstəkləyir və onlar üçün qırmızı xalça açırlar və onları tənqid edən hər şəxsi diktator adlandırırlar.

Teqlər