Səudiyyə Ərəbistanının Yəmən xalqına qarşı cinayətləri davam edir
Yəmənli mülki Səudiyyə Ərəbistanının hava hücumlarının qurbanı olmaqdadır.
Əl-Aləm telekanalının bu gün verdiyi məlumata görə, Səudiyyə Ərəbistanı hərbi təyyarələrinin Yəmənin cənubunda Təəz vilayətində bir kəndə qarşı hücumunda iki nəfər o cümlədən bir uşaq həlak olub.
Təcavüzkar Səudiyyə Ərəbistanının Yəmənin Məxa şəhərinə hava hücumu isə bu şəhərin rabitə xidmətinin kəsilməsinə səbəb olub.
Yəmənin qərbində Hədidə vilayətinə hava hücumları da 11 nəfərin şəhid olması 8 nəfərin yaralanması ilə nəticələnib, yaralılar arasında qadın və uşaqlar da var.
Yəməndən əldə olunan başqa məlumata görə, Səudiyyə qırıcıları Yəmənin şimalında Əccof bölgəsini iki dəfə bombalayıblar nəticədə əhalinin mənzillərinə ziyad dəyib.
Yəmənin müştərək qüvvələri də səudilərin cinayətlərinə cavab olaraq, Səna vilayətinin Nehem şəhərində muzdlu qüvvələrin Cibalül-Bəyaz bölgəsindəki mövqelərinə hücum ediblər bir neçə muzdlunu öldürüblər.
Yəmən ordusunun raket bölməsi isə Əccof vilayətində Əl-Ğəyl bölgəsinin cənubunda Səudiyyə muzdlularının mövqelərini hədəfə alaraq bir neçəsini öldürüb və yaralayıblar.