Səudiyyə qırıcılarının Yəmənə qarşı hücumları davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i248888-səudiyyə_qırıcılarının_yəmənə_qarşı_hücumları_davam_edir
Səudiyyə Ərəbistanının hərbi təyyarələrinin Yəmənin müxtəlif vilayətlərinə hücumları davam edir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2016 09:36 Asia/Baku
  • Səudiyyə qırıcılarının Yəmənə qarşı hücumları davam edir
    Səudiyyə qırıcılarının Yəmənə qarşı hücumları davam edir

Səudiyyə Ərəbistanının hərbi təyyarələrinin Yəmənin müxtəlif vilayətlərinə hücumları davam edir.

Fars informasiya agentliyinin verdiyi məlumata görə, Səudiyyə qırıcıları bu gün səhər Səna vilayətinin cənubundan əlavə Sənhan şəhərini də 13 dəfə bombalayıblar. 

Yəmənin Müdafiə Nazirliyindən məlumatlı bir mənbə bildirib ki, Səudiyyə qırıcı təyyarələri dünən Səna və Zəmar vilayətlərinin ortasında yerləşən bölgələri, Əl-Təlh, Mənbə və Məcz ərazilərini bombalayıb. 

Səudiyyə Ərəbistanının hərbi təyyarələrinin hücumları nəticəsində həmçinin bir yəmənli vətəndaş Sədə vilayətində həlak olub bir neçə nəfər də yaralanıb. 

Ərəbistan qırıcıları Yəmən ordusunun Hədidə vilayətində Əccəbanə və Əl-ərəc bölgələrindəki hərbi qərargahlarına da hücum ediblər.