Dek 06, 2016 18:21 Asia/Baku
  • Ərəbistanda İrana casusluq bəhanəsi ilə 15 nəfər edama məhkum olunub
    Ərəbistanda İrana casusluq bəhanəsi ilə 15 nəfər edama məhkum olunub

Səudiyyə Ərəbistanında bir məhkəmə "İran İslam Respublikasına casusluq" əsassız ittihamı ilə 15 nəfəri edama məhkum edib.

Əl-Aləm televiziyasının məlumatına görə, Ər-Riyadda xüsusi cəza məhkəməsi çərşənbə axşamı günü İrana casusluq adlandırılan ittihamla 15 nəfərin mühakiməsini 10 ay davam etdirdikdən sonra, bu şəxslərə ilk hökm olaraq edam qərarı verib.

Bu cinayət işinin 32 müttəhimi vardır. Onlardan 30 nəfəri ərəbistanlı, bir nəfəri iranlı, bir nəfəri isə əfqanıstanlıdır.

Məhkəmənin qərarına əsasən müttəhimlərdən 15 nəfəri həbsə, 15 nəfəri isə edama məhkum olunub, 2 nəfər də azad edilib.

Bu müttəhimlər 2013-cü ildə İrana casusluq iddialı ittihamı ilə həbs olunublar.

Bu şəxslər əleyhinə irəli sürülən ən önəmli iddialı ittihamlar, casusluq qrupu təşkil etmək, İran təhlükəsizliyi ilə təhlükəsizliyə qarşı və müdafiə sirlərinin ifşa olunması üzrə əməkdaşlıq və məlumatların mübadiləsidir.

Bu şəxslərin əksəriyyəti ərəbistanlı tanınmış şiələrdir. Onlar ölkələrinin siyasətlərinə qarşı çıxdıqlarına və ya hakimiyyəti tənqid etdiklərinə görə İrana casusluqda ittiham olunublar.

Ərəbistanın şiə tanınmış şəxsiyyətlərindən bir qrupu 2013-cü ildən bu şəxslərin həbsindən sonra Ərəbistan Daxili İşlər Nazirliyinin bu şəxslərə qarşı ittihamlarını təkzib edib və onu əsassız iddia adlandırıb.

Ərəbistanın müqavimətli və millətçi şəxsiyyətlərinin dediyinə görə, Ali-Səud rejimi bu ittihamları irəli sürməklə diqqətləri siyasi islahatlar üzrə tələblərdən uzaqlaşdırmağa və bu şəxslərə qarşı ədalətsiz mühakiməni tətbiq etməyə çalışır.

Teqlər