Qahirədə qibtilərin kilsəsində partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i250481-qahirədə_qibtilərin_kilsəsində_partlayış
Misirin təhlükəsizlik mənbələri Qahirədə bir kilsənin ətrafında ölümcül partlayışın baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 11, 2016 16:15 Asia/Baku
  • Qahirədə qibtilərin kilsəsində partlayış
    Qahirədə qibtilərin kilsəsində partlayış

Misirin təhlükəsizlik mənbələri Qahirədə bir kilsənin ətrafında ölümcül partlayışın baş verməsindən xəbər veriblər.

Misir televiziyası bu gün təhlükəsizlik qaynaqlarına istinadən bildirib ki, Qahirədə qibtilərin kilsəsində baş verən partlayışda 25 nəfər ölüb 30  nəfər isə yaralanıb. 

Bir təhlükəsizlik mənbəyi deyib ki, ölən və yaralananlar bazar gününuün ibadətləri üçün kilsəyə toplaşan mülkilərdən ibarət olub. 

Bu hadisənin təfərrüatı barədə məlumat yayılmayıb. 

Cümə günü də Qahirənin yaxınlığında yerləşən Əccizə şəhərində baş verən partlayış nəticəsində 6 polis əməkdaşı həlak olmuşdu.