Səud qırıcılarının Yəmən paytaxtına qarşı ağır hücumları
Təcavüzkar səud qırıcıları bir neçə saat müddətinə 25 dəfə Yəmənin paytaxtı Sənanın müxtəlif məntəqələrini bombalayıblar.
Yəmənin Əlməsirə telekanalının məlumatına görə, bu gün səhər tezdən Ərəbistan qırıcıları ötən aylardakı ən kəskin hücumlarında on üç dəfə Vadi Sər məntəqəsini, yeddi dəfə Bəni Mətər şəhərini, üç dəfə Sənada yerləşən prezident sarayını, iki dəfə də Səbəyn meydanı məntəqəsini bombalayıblar.
Bu məlumata görə, Ərəbistan qırıcılarının Sənanın Səbəyn meydanına qarşı hücumunda iki mülki həlak olub.
Səbəyn meydanı bazar günü Nəbiyyi-Əkrəm(s.ə.s)-in mövludu münasibətilə minlərlə yəmənlinin toplaşdığı məkan olubdur.
Bazar günü səhər də səud qırıcıları Səədə şəhərində yerləşən Şəda məntəqəsini altı dəfə bombalayıblar ki bu hücumlarda dörd mülki həlak olub, bir qrup insan da yaralanıbdır.
Həmçinin yəmənli ekspert İsmail Əlməhaqəri Əlaləm telekanalı ilə müsahibədə İŞİD və Əlqaidə-ni Ərəbistanın Yəmənin cənubundakı siyasətlərinin icraçıları adlandırıb və deyib ki, Birləşmiş Ərəb Əmirlikləri başçılarının Yəməndəki sələfi qruplarını himayəsi sayəsində bu ölkədə vəhhabi qrupların banisi olan səudlar da onlarla ildir ki, Yəməndə Əlqaidə qüvvələrinin fəaliyyətinə nəzarət edirlər.
Əlməhaqiri belə qeyd edib: Yəmənin istefa vermiş prezidenti Əbdrəbbuh Mənsur Hadi Yəmənin cənub məntəqələrindəki əmin-amansızlıqlar ilə, cənubda bu ölkə xalqını çaxnaşmaya salmaq ardıncadır.
Ərəbistan 2015-ci ilin martından bəri Əbdrəbbuh Mənsur Hadini hakimiyyətə qaytarmaq hədəfilə Yəmənə qarşı hücumlara başlayıb. Bu hücumlarda on mindən çox yəmənli həlak olub.