Bilal Kaid sionist rejim həbsxanasından azad edilib
Dek 13, 2016 12:09 Asia/Baku
Sionist rejim 15 il həbsdən sonra Fələstinin Azadlığı uğrunda Xalq Cəbhəsinin(FAXC) rəhbərlərindən olan Bilal Kaidi azadlığa buraxıb.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Fələstinli əsir FAXC-nin hərbi qolu olan Əbu Əli Müstafa bataliyonlarında üzv olmaq, anti-sionist əməliyyatda iştirak etmək ittihamı il 2001-ci il 14 dekabrda həbs edildi və 14 il yarım müddətində azadlıqdan məhrum edildi.
Bilal Kaid cari miladi ilinin 13 iyununda azadlığa buraxılmalı idi.
Sionist rejim Bilal Kaidin məhkumluq müddəti sona çatdıqdan sonra onu növbəti 6 ay üçün həbsdə saxladı və bu da bu fələstinli əsirin 70 gün müddətində aclıq aksiyası keçirməsinə səbəb oldu.