Dek 14, 2016 13:05 Asia/Baku
  • İraq qüvvələri Mosulda irəliləyir
    İraq qüvvələri Mosulda irəliləyir

İraq qüvvələri Mosulda daha bir neçə hissəni İŞİD terrorçularının nəzarətindən çıxarıblar.

İRİB-in məlumatına görə, Mosulun şərqində İraq ordusu və silahlı qüvvələrinin İŞİD terror qruplaşması ilə savaşında, əl-Fəllah bölgəsi işğaldan azad edilib və İŞİD terrorçularının təlim düşərgəsi də tam nəzarətə götürülüb. Bu qarşıdurmalarda onlarla İŞİD terrorçusu öldürülüb. 

Bu arada İraqın Terrorizmlə Mübarizə Təşkilatının komandanlarından biri ordu generalı Əbdülvəhhab əl-Saidi deyib: Mosulun şərq hissəsinin tam azad olunmasına artıq 6 məhəllə qalıb. 

General əl-Saidi əlavə edib: Hazırda Mosulun şərq hissəsində 32 məhəllə terrorçuların işğalından azad edilib. 

Səlahəddin vilayətinin Samirra şəhərində də İraq ordusunun Hərbi Hava Qüvvələri İŞİD-in bomba quraşdırdığı yanacaq tankerini məhv ediblər. Bu yanacaq tankeri Mətibicənin şərqində İraq ordusunun uçan pilotsuz aparatı tərəfindən müəyyənləşdirilərək vurulub. 

İŞİD terrorçularının Mosulun şərqində məğlubiyyəti ilə yanaşı, bu terror qruplaşmasının İraqın şimalında cinayəti artmışdır. 

İraq təhlükəsizlik dairələri bildiriblər: Son günlərdə Mosulun şərqində azad olunan bölgələrə terrorçularun minaatanlarla hücumlarında mindən çox sivil həlak olmuş və ya yaralanmışdır. 

İŞİD ünsürləri Mosulun şərq hissələrinin əksəriyyətinin azad olunmasından sonra İraq qüvvələrinin mövqelərinə qarşı kamikadze əməliyyatlarını artırıblar. 

Bundan öncə BMT-nin Uşaq Fondu YUNİSEF bildirmişdi ki, ötən iki ayda Mosulda təxminən 35 min uşaq İŞİD-in vəhşicəsinə hücumları nəticəsində didərgin düşmüşdür. 

Teqlər