Ərəbistanın Yəməə hava hücumları davam edir
Dek 14, 2016 19:16 Asia/Baku
Səudiyyə qırıcıları Yəmənin Səna vilayətində Mənsə əl-Səbin bölgəsini bombardman ediblər.
Əl-Məsirə televiziyasının məlumatına görə, səudiyyəli qırıcılar həmçinin Səna vilayətində Zəfar bölgəsini hava hücumlarına məruz qoyaraq bu vilayətin Nəqil Yəsləh məntəqəsini üç dəfə atəşə tutublar.
Təcavüzkar qırıcı təyyarələr Sədə vilayətinin Kətaf rayounda əl-Fər məhəlləsini də bombalayıblar.
Yəmənin qərbi əl-Hədidə vilayətində əl-Qərş və əl-Səlif bölgələri də Ərəbistanın hava hücumlarına məruz qalıb.
Ərəbistan 2015-ci il martdan Yəmənin müxtəlif bölgələrini bombalayaraq minlərlə yəmənli sivili qətlə yetirmiş və milyonlarla insan didərgin düşmüşdür.
Bu hücumlar nəticəsində Yəmənin təxminən bütün infrastrukturları məhv olub.