Dek 17, 2016 13:00 Asia/Baku
  • Səud qırıcılarının Yəməndəki hava hücumları davam edir

Səud rejimi qırıcılarının Yəmənin müxtəlif məntəqələrində bu ölkə vətəndaşlarına qarşı hücumları cümə günü davam edibdir.

IRIB-nin məlumatına görə, səud rejiminin qırıcıları iki dəfə Yəmənin şimalındakı Səədə vilayətinin Baqəm qəsəbəsində yerləşən Təxiyyə məntəqəsinə hücum ediblər. Həmçinin səkkiz dəfə Səədə vilayətinin Baqəm qəsəbəsində yerləşən Məndəbə və Əlsəəban məntəqələrini hədəfə alıblar.

Təcavüzkar səud qırıcıları Əlhədidə vilayətindəki Əlxuxə qəsəbəsində yerləşən bir şose yolunu bombalayıblar. Nəticədə bu əlaqə yolu bağlanıbdır.

Digər tərəfdən, Yəmənin ordu və xalq qüvvələri səudların cinayətlərinə cavab olaraq, Ərəbistanın Cizan şəhərində yerləşən Əltəvval keçidinin qərbində bu rejimin tabeliyində olan muzdur dəstələrini hədəfə alıblar.

Yəmənin ordu və xalq qüvvələri Təiz vilayətində yerləşən Məqbənə şəhərciyindəki Cəbələnnəbi məntəqəsində də səud muzdur dəstələrinə hücum ediblər.

Digər tərəfdən, on üç səud muzduru Yəmənin Cuf vilayətində yerləşən Əlğil qəsəbəsində onların bir ədəd hərbi avtomobilinin yolunda bir minanın partlaması nəticəsində ölüb və ya yaralanıbdır.

Ərəbistan Amerikanın yaşıl işıq göstərməsilə 2015-ci il martın 26-dan Yəmənə qarşı aviasiya və artilleriya hücumlarına başlayıb və bu hücumlar əsnasında Yəmənin həyati infrastrukturları və səhiyyə mərkəzlərini dağıtmaqdan əlavə, qadın və uşaqlar daxil olmaqla on mindən çox yəmənli mülkini qətlə yetiribdir.

Teqlər