Əl-İbadi Mosulun azad olunması əməliyyatının irəliləyişindən razılıq edib
İraq baş naziri Mosulun İŞİD terrorçularının işğalından azad olunması əməliyyatının irəliləyişindən razılıq edib.
İRNA-nın məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi şənbə gecə Bağdadda İraq səfirləri və diplomatik heyətlərin iştirakı ilə keçirilən iclasda deyib: Mosul əməliyyatının irəliləməsi sayəsində indiyə qədər bu əməliyyatda könüllü qüvvələr qanunundan kənar rəftara dair heç bir şikayət daxil olmayıb.
Əl-İbadi bütün İraq vətəndaşlarının bu ölkə hərbçilərini səmimi qarşıladıqlarına toxunaraq bəzi tərəflərin hərbçilərlə sakinlərin əlaqələrinə zərbə vurmağa dair məkrli planları barədə xəbərdarlıq edib.
İraq baş naziri ölkədə stabillik və təhlükəsizliyin bərqərar olunması və didərginlər məsələsinin əhəmiyyətinə toxunaraq əlavə edib: Bu ölkə İŞİD-ə qələbədən sonra birliyə ehtiyaclıdır. Çünki bütün İraq qüvvələri arasında əməkdaşlıq terrorizmin məhvi ilə nəticələnəcək.
Əl-İbadi həmçinin İraqda daxili siyasi qarşıdurmanı ölkənin mənafeyinin zərərinə hesab edib və bütün siyasi qrupları sülh və dialoqa çağırıb.