Netanyahu: BMT ilə əlaqələrimizə yenidən baxacağıq
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında sionist rejimə qarşı bir qətnamənin qəbul edilməsindən sonra bu rejimin baş naziri deyib ki, İsrailin bu təşkilatla əlaqələrinə yenidən baxılacaq.
PressTv-nin verdiyi məlumata görə, İsrailin baş naziri Benyamin Netanyahu dünən deyib ki, xarici işlər nazirindən bir ay ərzində Təl-Əviv ilə BMT arasındakı bütün münasibətlər o sıradan da, maliyyə məsələləri və BMT-nin fələstinin işğal olunmuş ərazilərindəki mümayəndəliyinin fəaliyyətinə yenidən baxılmasını istəyib.
Netanyahu BMT TŞ-nin Fələstinin işğal edilmiş ərazilərində sionist sakinli şəhərciklərin salınmasının dayandırılmasına qərar verməsini utandırıcı adlandırıb və ona qarşı müqavimət göstərəcəyini bildirib.
Netanyahu deyib ki, BMT-nin Anti-israil siyasətlərə malik olan 5 qurumu və onların başçılarının büdcəsinin kəsilməsinə göstəriş verib və indi bu qərarı əlavə qurumlar və şəxslərə qarşı da verəcəkdir.
Sionist rejimin baş naziri Benyamin Netanyahunun ofisi öncə bir bəyanat yayaraq bildirmişdi ki, bu rejim BMT-nin TŞ-də sionist sakinli şəhərciklərin inşasının dayandırılmasına dair verilən qərara etina etməyəcək.
BMT TŞ cümə günü sionist rejimin işğal olunmuş Fələstin ərazilərində sionist sakinli qəsəbələrin inşasına son qoymasına dair qətnamyə müsbət səs verdi.
Qətnamə Misirin təklifi ilə səsə verildi.
TŞ-nin 14 üzvü bu qətnamənin lehinə və sadəcə ABŞ bitərəf səs verdi.
Bu qətnaməyə görə sionist rejim Fələstinin işğal olunmuş ərazilərində o sıradan da şərqi Qüdsdə qəsəbə salma fəaliyyətlərini dərhal və tamamiylə dayandırmalıdır.
Sionist İsrail rejimi sionist sakinli qəsəbələr salmaqla Fələstində coğrafi və etnik durumu dəyişmək, onu yəhudiləşdirmək və beləliklə Fələstin torpaqlarındakı ekspansionist məqsədlərini təsbit etmək istəyir.