Yan 01, 2017 16:57 Asia/Baku
  • Ərəbistanın Yəməndəki cinayətləri davam edir
    Ərəbistanın Yəməndəki cinayətləri davam edir

Səud qırıcılarının Yəmənin bir neçə vilayətinə qarşı hücumlarında bir qrup yəmənli həlak olub və ya yaralanıbdır. Bu ölkənin bəzi infrastruktur təsisatları da dağıdılıbdır.

Yəmənin Səba xəbər agentliyinin məlumatına görə, Ərəbistanın Yəmənin Təiz vilayətində yerləşən Tavi və Zəbab məntəqələrinə qarşı hücumlarında iki nəfər ölüb, yeddi nəfər də yaralanıbdır. Onların bəzilərinin vəziyyəti ağır elan olunubdur.

İki nəfər də təcavüzkar səud qırıcılarının Yəmənin Marəb vilayətinə qarşı hücumlarında həlak olubdur.

Səud qırıcıları habelə Yəmənin Səna vilayətindəki Nəhm və Səfan məntəqələrini və Zalə vilayətinin rabitə şəbəkəsini dağıdıblar.

Məlumatlara görə, təcavüzkar Ərəbistan təyyarələri həmçinin bu gün günortayadək Yəmən şəhərlərinin səmalarında aşağı yüksəklikdə uçublar.

Teqlər