Təcavüzkar səud qırıcılarının Yəmənə hücumları davam edir
Səud qırıcılarının Yəmənin Səədə vilayətindəki Saqin şəhərində yerləşən "Vadi Əlhəbal" məntəqəsində Yəmən vətəndaşlarının evlərinə qarşı hücumunda azı altı yəmənli sivil həlak olub.
Yəmənin Əlməsirə telekanalının məlumatına görə, bir təhlükəsizlik mənbəyi bildirib ki, ərəbistanlı qırıcılar "Vadi Əlhəbal" məntəqəsində əhalinin evlərinə hücumdan sonra bir daha bu məntəqədə əhaliyə yardım çatdırmaqda olan yardımçıları hədəfə alıblar. Nəticədə azı bir nəfər yaralanıbdır.
Digər tərəfdən, 9 yəmənli də Marəb vilayətinin Sərvah kvartalında yerləşən "Vadi Hubab" məntəqəsində səud qırıcılarının hücumunda həyatını itirib.
Belə bir halda, dünən səud-amerikan qırıcıların Marəbdə Yəmən vətəndaşlarının evlərinə qarşı hücumlarında da altı mülki həlak olub və ya yaralanıbdır.
Həmçinin yəmənli qüvvələr səud muzdurlarının cinayətlərinə cavab olaraq," Bəqa səhrası" adlı sərhəd məntəqəsində bu muzdurlardan ibarət bir karvanı hədəfə alıblar. Nəticədə 18 səud muzduru ölüb və onlarla muzdur da yaralanıbdır.