Mosulun şərq hissəsinin tam azad olunması xəbəri gələn həftə elan olunacaq
Yan 04, 2017 17:57 Asia/Baku
Neynəva Vilayət Şurası proqnoz edib ki, Mosul şəhərinin şərq hissəsinin tam azad olunması xəbəri gələn həftəyə qədər elan olunacaq.
Əl-İtticah televiziyasının məlumatına görə, Neynəva Vilayət Şurası həmçinin bildirib: Şərq hissədə azad olunan bölgələrdə su və elektrik sisteminin təmiri və minaların təmizlənməsindən sonra 90%-ə yaxın didərgin öz evlərinə qayıdıb. Didərginlər evlərinə qayıtmazdan öncə tamamilə təhlükəsiz vəziyyətə gətirilib.
Neynəva Vilayət Şurası üzvlərindən biri Əbdüssəttar əl-Hibvə deyib: Mosulun şərq hissəsinin tam şəkildə İŞİD terror qruplaşmasından azad olunması yaxındır və İraq qüvvələrinin irəliləməsi qarşısında cinayətkar terrorçuların məhvindən sonra gələn həftə onun tam azadlığı elan olunacaq.