Bəhreyndə həbsxanaların vəziyyəti acınacaqlıdır
Bəhreyndə bir hüquq fəalı Cəvv həbsxanalasındakı məhbusların acınacaqlı şəraitdə olduqlarını bildirib.
Əl-Aləm televiziyasının məlumatına görə, Ali-Xəlifə rejimi məhkəməsinin edama məhkum etdiyi bəhreynli hüquq fəalı Məhəmməd Ramazan şənbə günü deyib: Bəhreyn hökumətinin təhlükəsizlik məmurları məhbuslarla sərt davranır və hər gün təhdidlə və qorxutmaqla onları dindirirlər.
Məhəmməd Ramazan deyib: Bəhreynli məhbuslar çox ağır durumdadırlar.
Bəhreynin Apelyasiya Məhkəməsi hüquq fəalı Məhəmməd Ramazan və Hüseyn Əli Musanın edam qərarını əl-Deyrdə bir polis əməkdaşını qətlə yetirmək iddiası ilə təsdiqləyib. Bundan öncə də Bəhreynin Cəvv mərkəzi həbsxanasının məhbusları bu həbsxananın rəhbərliyinə məktubda öz əsaslı hüquqlarının təmin olunması və məhbusların səhiyyə şəraitinin yaxşılaşdırılmasını istəmişdilər.