Yan 10, 2017 11:58 Asia/Baku
  • Hizbullah: Şəhid Əl-Qənbərin anti-sionist əməliyyatı Fələstin xalqının başını ucaldıb
    Hizbullah: Şəhid Əl-Qənbərin anti-sionist əməliyyatı Fələstin xalqının başını ucaldıb

Livan Hizbullahı bir bəyanat yayaraq bildirib: Fələstinli müqavimətçi gənc Fadi Əl-Qənbərinin işğal olunmuş Qüds şəhərində həyata keçirdiyi anti-sionist əməliyyat sionist rejim ordusunun xüsusi təyinatlı qüvvələrinin dərin qorxu içində olduqlarının üstünü açdı və Fələstin xalqının izzəti və başıucalığına səbəb oldu.

İRNA-nın verdiyi məlumata görə, dünən axşam yayılan Livan Hizbullahının bəyanatında deyilir: Bu anti-sionist əməliyyat Fələstin xalqının öz torpaqlarını sionistlərin işğalında qurtarmaq üçün yeganə yol olduğu müqavimət yolunu tutduğuna sübutdur və Fələstin xalqının zalım düşmənin təhlükəsizlik və sabitliyini pozmaq və ona ziyan vurmaq üçün hər hansı vasitə və imkanlardan istifadəyə israrlı olduğuna dəlalət edir. 

Hizbullah bildirib: Sionist düşmən şəhid Əl-Qənbərin fədakarcasına əməliyyatını terrorçu əməliyyat kimi təqdim etməyə cəhd göstərir halbuki terrorizmin təməl daşını qoyan bu rejimin özüdür.

Azadlığa buraxılmış fələstinli əsirlərdən olan Fadi Qənbər bazar günü anti-sionist bir əməliyyatda,işğal olunmuş Qüds şəhərində  idarə etdiyi yük maşınını sionist hərbçilərin üstünə sürüb. Bunun nəticəsində 6 sionit hərbçi ölüb 15 nəfəri də yaralanıb. 

Teqlər