İŞİD terrorçularında ruh yüksəkliyi yaratmağa çalışır
İraqda terrorçuların sıralarına ağır zərbələrin endirilməsi ilə İŞİD Mosulun şərqində ünsürləri ilə ratsiya əlaqələrini kəsib.
Əl-Aləm televiziyasının məlumatına görə, İŞİD terror qruplaşması Mosulun şərqindəki məğlubiyyət ruhiyyəsinin digər ünsürlərə aşılanmasının qarşısını almaq üçün ötən gün müxtəlif bölgələrdəki başçıları və silahlı ünsürləri ilə ratsiya əlaqəsini kəsib.
İraqdan əldə olunan digər bir məlumata görə, İraq ordusunun əl-Anbar vilayətinin Qaim şəhərinə hava hücumunda bir İŞİD başçısı və 10 terrorçu öldürülüb.
Məlumatlara əsasən, "Neynəva! Biz gəlirik!" əməliyyat komandanı da Mosulda əl-Hüdəba, əl-Mədra əl-Amin, Bəl əl-Hərbə və Dəmir Körpünün İŞİD terrorçularından azad edildiyini bildirib.
İraqın Terrorizmlə Mübarizə Təşkilatının xüsusi qüvvələri komandanı ordu generalı Məən əl-Səədi də deyib: Bu qüvvələr Mosulun şərq hissəsində İŞİD-in əməliyyatının əsas bazası olan Mosul Universitetində bir sıra binalara nəzarəti ələ keçirərək bu universiteti tam nəzarətə götürmək üçün irəliləməkdədir.
Neynəva vilayətinin mərkəzi olan Mosulun azad olunması əməliyyatı 2016-cı il oktyabr ayında İraq baş naziri və Silahlı Qüvvələri Ali Baş Komandanı Heydər əl-İbadinin fərmanı ilə başlanıb.