Üç bəhreynli gəncin edamına qarşı etirazlar davam edir
Ali-Xəlifə rejimi ilə müxalif olan üç fəalın edamının ardınca Bəhreyn xalqı bu ölkənin müxtəlif məntəqələrində aksiya keçiriblər ki, bu da həmin rejim qüvvələrilə aksiyaçılar arasında toqquşmaya gətirib çıxarıb.
IRIB-nin məlumatına görə, bəhreynli aksiyaçılar dünən bu ölkə boyu keçirdikləri aksiyalarda Ali-Xəlifə rejiminə qarşı şüarlar verərək, Bəhreyn əmiri Həmd Bin İsa Ali-Xəlifəni bu ölkədəki çaxnaşmaların məsulu adlandırıblar.
Bəhreynin təhlükəsizlik qüvvələri də rezin güllələr atıb, gözyaşardıcı qazlar buxaraq, aksiyaçıları yatırıblar. Nəticədə onlarla aksiyaçı yaralanıb.
Bəhreyn dövləti ilə müxalif olan bir qrup partiya bu ölkə şəhidlərinin qanlarının intiqamını alcağını vurğulayaraq, ABŞ ilə İngiltərənin Bəhreyn xalqının övladlarının şəhadətində məsuliyyət daşıdıqlarını bildirib və Ali-Xəlifə rejiminin yaxın gələcəkdə məhv olacağına əmin olduğunu vurğulayıb.
Bəhreyn Əlvifaq Cəmiyyətinin baş katibinin müavini Hüseyn Əldihi də Ali-Xəlifə rejiminin məzhəbi zülm, intiqam və qətl kimi cinayətlərinə beynəlxalq səviyyədə baxılmasını vurğulayaraq, bildirib ki, üç bəhreynli gənc qanunsuz olaraq və ədalətdən uzaq şəkildə edam edildi.
Ali-Xəlifə rejimi bazar günü səhər tezdən 2014-cü ilin martında Əldiyyə məntəqəsində polis qüvvələrinə qarşı hücum kimi saxta ittihamla Sami Məşimə, Əli Sənkis və Abbas Səmii adlı üç müxalif fəalı edam etdi.