Mosulun şərqində bomba qoyulmuş iki avtomobil partlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i256621-mosulun_şərqində_bomba_qoyulmuş_iki_avtomobil_partlayıb
İraqın Neynəva vilayərtinin mərkəzi olan Mosul şəhərinin şərqində bomba qoyulmuş iki avtomobilin partlaması nəticəsində azı 15 nəfər ölüb, 12 nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 17, 2017 09:58 Asia/Baku
  • Mosulun şərqində bomba qoyulmuş iki avtomobil partlayıb
    Mosulun şərqində bomba qoyulmuş iki avtomobil partlayıb

İraqın Neynəva vilayərtinin mərkəzi olan Mosul şəhərinin şərqində bomba qoyulmuş iki avtomobilin partlaması nəticəsində azı 15 nəfər ölüb, 12 nəfər də yaralanıbdır.

Press TV-nin məlumatına görə, bu gün Mosul şəhərinin şərqindəki Təl Yabis məntəqəsində bomba qoyulmuş iki avtomobilin partlaması nəticəsində həlak olanların on dörd nəfəri mülki şəxs olubdur.

Mosul partlayışları İŞİD terrorçularının indiyədək bu şəhərin şərq məhəllələrinin doxsan faizindən çoxunu terrorçuların işğalından çıxarmış İraqın silahlı qüvvələrinin sürətli irəliləyişinə reaksiyadır.

İraq Terrorizmlə Mübarizə Təşkilatı qüvvələrinin xüsusi əməliyyat komandiri Məən Əlsəədi Mosulun bəzi məntəqələrində terrorçularla döyüşlərin davam etməsinə işarə edərək, vurğulayıb ki, bu şəhərin şərq hissəsinin doxsan faizindən çoxu İraq qüvvələrinin nəzarətindədir.