Minlərlə uşaq Mosulda məktəbə qayıdıb
BMT-nin Uşaq Fondu- YUNİSEF(UNICEF) bildirib ki, Mosulun şərq hissəsinin tam şəkildə azad edilməsi və bu məntəqə məktəblərinin yenidən açılması ilə minlərlə iraqlı məktəbli dərs otaqlarına qayıdıb.
Frans-Press-in məlumatına görə, YUNİSEF bir bəyanat yayaraq, bildirib ki, döyüşlərin azalması ilə YUNİSEF-in köməyi sayəsində bazar günü Mosulun şərqində otuz məktəb yenidən açılıb və on altı mindən çox uşaq dərs otaqlarında ola bilər.
YUNİSEF-in İraqdakı nümayəndəsi Piter Hakkinsin sözlərinə görə, ötən iki ildəki kabuslardan sonra hazırda Mosul uşaqları üçün mühüm an gəlib çatıbdır ki, bir daha daha yaxşı gələcək ümidilə yenidən təhsilə başlasınlar.
İŞİD terror qrupu 2014-cü ildə İraqa hücum edərək, bu ölkənin şimalı və qərbində geniş bir ərazini işğal etdi.
Mosulun azad edilməsi əməliyyatı ötən oktyabrda İraqın baş naziri Heydər Əlibadinin fərmanı ilə başlandı və bu ölkənin müdafiə nazirliyinin bildirdiyinə görə, dünən Dəclə çayı vasitəsilə qərb hissəsindən ayrılan Mosulun şərq hissəsi İŞİD-in işğalından çıxarılıbdır.