Milyonlarla yəmənli təcili yardımlara ehtiyaclıdır
BMT-nin Yəməndəki ofisi bu ölkə əhalisindən on milyon nəfərdən çox insanın zəruri ehtiyaclarının tez bir zamanda təmin edilməsini istəyib.
Daxil olan məlumata görə, BMT-nin Yəmənin paytaxtı Sənadakı ofisi bir bəyanatda hesablamalara istinadla bildirib: Yəməndə təqribən on milyon 300 min nəfər müharibədən zərər çəkib və onların yaşamaq üçün qidaya, səhiyyə xidmətlərinə və sağlam suya təcili ehtiyacları var.
Bu məlumata görə, iki milyon 100 min uşaq daxil olmaqla təqribən üç milyon 300 min nəfər şiddətli pis qidalanmaya düçardır və iki milyon nəfər də öz evini tərk edərək, didərgin düşübdür.
BMT-nin Yəməndəki ofisi öz bəyanatında əlavə edib: BMT və humanitar təşkilatlar Yəmən xalqının təcili ehtiyaclarını təmin etmək üçün 2017-ci ildə bir milyard 200 milyon dollarlıq büdcə istəyiblər.