Fələstinli əsir aclıq nəticəsində şəhid olub
Fələstinli əsir işğal olunmuş Fələstində aclıq elan etdiyinə və imkanların məhdudluğuna görə şəhid olub.
İRİB-in verdiyi məlumata görə, aclıq elan etdiyinə görə səhhətində problem yaranan və İsrail həbsxanalarından birinə köçürülən fələstinli əsir Məhəmməd Əccəlad dünən şəhid olub.
Fələstinli əsirlər bəzən bir neçə ay davam edən aclıq aksiyası ilə təcridcanada saxlanıldıqları və oradakı acınacaqlı şəraitə etiraz edir və azadlığa buraxılmalarını istəyirlər.
Sionist rejimin təcridxanalarında saxlanılan məhbusların əksəriyyəti mühakiməsiz və hətta ittihamları elan olunmamış fələstinlilərdən ibarətdir.
Diqər tərəfdən sionist rejim hərbçiləri İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücum edərək 18 fələstinlini həbs ediblər.
Fələstin Əsirlər Klubu bir bəyanat yayaraq bildirib ki, dünən səhərçağı müxtəlif silah və hərbi texnikadan istifadə edən sionist hərbçilər İordan çayının qərb sahilində Əl-Xəlil, Beyt Ləhm, Nablos, Ramullah və Cənin şəhərlərinə hücum edərək fələstinlilərin evlərinə atəş açıblar.