Fev 12, 2017 09:46 Asia/Baku
  • 
Fuad Məsum: İraqın yeni seçki qanununun ilkin mətni hazırlanıb
    Fuad Məsum: İraqın yeni seçki qanununun ilkin mətni hazırlanıb

İraq prezidenti dünən bildirib ki, İraqın yeni seçki qanununun ilkin mətni hazırlanıb. O, qeyd edib ki, bu mətn İraq parlamentində tanınmış fraksiyalar ilə araşıdırılıbdır.

IRNA-nın məlumatına görə, İraq prezidenti habelə ölkənin təhlükəsizlik rəsmilərindən istəyibdir ki, dünən İraqın paytaxtı Bağdadda baş vermiş hadisələr barədə təcili təhqiqat aparsın və müqəssirləri aşkarlayaraq, cəzalarına çatdırsınlar.

Fuad Məsum iraqlı aksiyaçıları qanuna sədaqətli olmağa və asayişin qorunmasına çağıraraq, onlardan istəyibdir ki, İraq seçkiləri üzrə müstəqil baş komissiyanın maliyyələri və işçilərinə zərər vurmasınlar.

İraqda Sədr cərəyanının sədri Muqtəda Sədrin himayədarlarından minlərlə nəfər şənbə günü Bağdadın yaşıl məntəqəsində aksiya keçirərək, 2017-ci ilin sentyabrında yerli seçkilər keçirilməzdən öncə seçki islahatlarının aparılmasını istəyibdir.

Muqtəda Sədr və onun siyasi cərəyanı İraq seçkiləri üzrə müstəqil baş komissiyanın buraxılmasını və 2013-cü ildə İraq parlamenti tərəfindən qəbul olunmuş seçki qanununun dəyişdirilməsini istəyiblər.

Teqlər