Pakistan quru-dəniz raketini uğurla sınaqdan keçirib
Mart 16, 2017 22:21 Asia/Baku
Pakistan ordusunun dəniz qoşunları ölkənin şərqində bir ədəd quru-dəniz raketini uğurla sınaqdan keçirib.
İRNA-nın verdiyi məlumata görə, Pakistanın dəniz qoşunları bu gün bir bəyanat yayaraq bildirib ki, sınaqdan keçirilmiş raket ən müasir texnologiyaya malikdir və sınaq əməliyyatında nəzərdə tutulmuş hədəfi tam diqqətlə məhv edə bilib.
Pakistanın dövlət radiosu bu sınaqda məqsədin Pakistan ordusu dəniq qoşunlarının müdafiə gücünün artırılması olduğunu bildirib. Bu raketin radiusu və onun nüvə başlığı daşımaq qabiliyyətinə malik olub-olmaması mövzusuna toxunulmayıb. Pakistan nüvə silahlarına malik ölkələr sırasındadır.