İxvanül-Müslimin üzvlərinə həbs hökmü verilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i263990-İxvanül_müslimin_üzvlərinə_həbs_hökmü_verilib
Misirin İxvanül-Müslimin rəhbərinin müavini və bu qrupun üzvlərindən 15 nəfəri 3 ildən 15 ilədək həbs və ömürlük həbs cəzasına məhkum ediliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 30, 2017 06:49 Asia/Baku
  • İxvanül-Müslimin üzvlərinə həbs hökmü verilib
    İxvanül-Müslimin üzvlərinə həbs hökmü verilib

Misirin İxvanül-Müslimin rəhbərinin müavini və bu qrupun üzvlərindən 15 nəfəri 3 ildən 15 ilədək həbs və ömürlük həbs cəzasına məhkum ediliblər.

Əl-Yəumossabe internet portalının verdiyi məlumata görə, Misirin cinayət məhkəməsi dünən axşam Əşşater övladları adlanan cinayət işi ilə əlaqədar hökmləri oxuyub və İxvanül-Müsliminin sədr müavini Xeyrət Əşşatir digər iki üzv ilə birlikdə 15 il müddətində azadlıqdan məhrum ediliblər. 

Misirin cinayət məhkəməsi həmçinin İxvanül-Müsliminin 5 üzvünə ömürlük həbs, 3 üzvünə 10 il həbs cəzası verib.

Bu hökm ABŞ dövlətinin İxvanül-Müsliminin adını terrorçu qruplar siyahısına daxil etməkdən vaz keçməsindən bir gün sonra verilib.