Quterreş Əlibadini alqışlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264150-quterreş_Əlibadini_alqışlayıb
BMT-nin baş katibi İraqın baş naziri Heydər Əlibadinin terrorizmlə mübarizədəki əzmkarlığı, həmçinin ölkəsində sabitlik və təhlükəsizliyin, eləcə də milli barışığın bərqərarı üzrə səyini yüksək dəyərləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2017 04:26 Asia/Baku
  • Quterreş Əlibadini alqışlayıb
    Quterreş Əlibadini alqışlayıb

BMT-nin baş katibi İraqın baş naziri Heydər Əlibadinin terrorizmlə mübarizədəki əzmkarlığı, həmçinin ölkəsində sabitlik və təhlükəsizliyin, eləcə də milli barışığın bərqərarı üzrə səyini yüksək dəyərləndirib.

IRNA-nın məlumatına görə, Antonio Quterreş dünən İraqdan görüş keçirməsini İraqın dövləti və xalqı və bu ölkənin digər orqanları ilə həmrəyliyinin nişanəsi adlandırıb. O, bu ölkənin terrorizmlə mübarizəsinin tez bir zamanda nəticə verməsini arzulayaraq, İraqa milli barışığı qaytarmaq üzrə səyinə, mülkilərin həyatının qorunmasına və beynəlxalq qanunlara sadiqliyinə görə, Heydər Əlibadiyə təşəkkür edib.

BMT-nin baş katibi həmçinin dünya ictimaiyyətindən istəyibdir ki, təhlükəsizlik və sabitliyin geri qaytarılması və qurbanlara kömək üçün İraqa yardım etsin.

Quterreş deyib ki, iraqlı rəsmilərlə görüşlərində İŞİD-in cinayətləri haqda beynəlxalq informasiya üzrə səyin vacibliyini vurğulayıb. O, həmçinin iraqlı rəsmilərlə bu terror qrupu üzvlərinin qanuni şəkildə təqib olunmaları və cəzalandırılmaları üzrə həll yolları barədə söhbət etdiyini bildirib.