Pakistanın Paraçenar məntəqəsində partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264166-pakistanın_paraçenar_məntəqəsində_partlayış
Təhlükəsizlik mənbələri Pakistanın "Xeybər İcensi" adlı qəbiləvi məntəqələrində yerləşən şiə sakinli Paraçenar məntəqəsində partlayışın baş verməsindən xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2017 07:26 Asia/Baku
  • Pakistanın Paraçenar məntəqəsində partlayış
    Pakistanın Paraçenar məntəqəsində partlayış

Təhlükəsizlik mənbələri Pakistanın "Xeybər İcensi" adlı qəbiləvi məntəqələrində yerləşən şiə sakinli Paraçenar məntəqəsində partlayışın baş verməsindən xəbər veriblər.

Daxil olan məlumata görə, bu gün səhər Pakistanın şimal-qərbindəki "Xeybər İcensi" əyalətində yerləşən bir hüseyniyyənin yaxınlığında baş vermiş bu partlayış nəticəsində çoxlu sayda insan ölüb və yaralanıbdır.

Ölən və yaralananların dəqiq sayı barədə məlumat yayılmayıb və indiyədək bir şəxs və ya qrup bu partlayışın məsuliyyətini üzərinə götürməyibdir.

Ümumiyyətlə, Xeybər İcensi qəbiləvi məntəqələrində Taliban, Sepahe Səhabe, Ləşgəre Chəngvi və Cəmaət Ələhrar kimi terror qrupları fəaliyyət göstərirlər.