Pakistanın qəbiləvi məntəqələrindəki partlayışda onlarla nəfər şəhid olub və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i264170-pakistanın_qəbiləvi_məntəqələrindəki_partlayışda_onlarla_nəfər_şəhid_olub_və_yaralanıb
Bu gün səhər Pakistanın Xeybər İcensi qəbiləvi məntəqələrində yerləşən Paraçenar hüseyniyyəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində otuz şiə şəhid olub və yüz nəfər də yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 31, 2017 08:21 Asia/Baku
  • Pakistanın qəbiləvi məntəqələrindəki partlayışda onlarla nəfər şəhid olub və yaralanıb
    Pakistanın qəbiləvi məntəqələrindəki partlayışda onlarla nəfər şəhid olub və yaralanıb

Bu gün səhər Pakistanın Xeybər İcensi qəbiləvi məntəqələrində yerləşən Paraçenar hüseyniyyəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində otuz şiə şəhid olub və yüz nəfər də yaralanıbdır.

Bu cinayətdə şəhid olan və yaralananların bir çoxu qadın və uşaqdır.

Partlayış Paraçenar məntəqəsinin şiələri cümə namazı qılmaq üçün bu hüseyniyyəyə daxil olarkən baş verib.

Partlayışdan sonra Paraçenar məntəqəsinin əhalisi küçələrə çıxıb. Onlar Sepahe Səhabe, Ləşgəre Chənqvi daxil olmaqla terror qruplarının cinayətlərinə qarşı öz nifrət və hiddətlərini ifadə ediblər.

Aksiya iştirakçıları təkfirçilərin bu cinayətini pisləyərək, Pakistanın təhlükəsizlik qüvvələrini terror qruplarının hücumları qarşısında aciz qalmaqda ittiham ediblər. Onlar anti-hökumət şüarları səsləndiriblər.

Pakistan hökumətinin qüvvələri etirazçıları dağıtmaq üçün onlara tərəf atəş açıblar ki, nəticədə bir qrup aksiyaçı yaralanıb.

Pakistanın baş naziri də hadisədə zərər çəkənlərin ailələrinin dərdinə şərik çıxaraq, orduya göstəriş veribdir ki, cinayət amillərinin aşkarlanaraq, həbs olunmaları üçün səy göstərsin.