Bəhreyn vətəndaşlarının yatırdılması şiddətlənib
Ali-Xəlifə rejiminin apellyasiya məhkəməsi Buxəmis adlı bir Bəhreyn vətəndaşını rejimin siyasətlərinə zidd mətləblər yaymaq ittihamı ilə iki il həbsə məhkum edibdir.
Manama Post saytının məlumatına görə, bundan öncə Bəhreyn cinayət məhkəməsi 2016-cı il fevralın 18-də Buxəmisi səud rejiminin başçılığı altında olan koalisiyanın Yəmənə qarşı savaşı ilə müxalif olmaq və onu yerli qəzetlərdən birində çap etdirmək ittihamı ilə beş il müddətinə həbsə məhkum etmişdi.
Bəhreyn insan haqları mərkəzinin direktoru Yusif Əlmuhafizənin dediyinə görə, Bəhreynin xəfiyyə başçılarının hərəkətləri bu ölkə xalqına qarşı repressiya siyasətini kəskinləşdirmək məqsədini güdür.
Ekspertlər deyirlər ki, öz həyatının davam etməsinə görə, səud başçılarına borclu olan Ali-Xəlifə rejimi səud rejiminin başçılığı altında olan koalisiyanın Yəmənə qarşı savaşı barədə fikir bildirməyi cinayət sayır və Bəhreyn məhkəməsi bu hərəkəti edən şəxsləri ya məhbəsə atır, ya da ki, vətəndaşlıqdan məhrum edir.
Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminə qarşı etirazlar səhnəsidir. Bu rejim "ada qalxanı" qüvvələri formasında Bəhreyndə yerləşmiş səud hərbçiləri və Birləşmiş Ərəb Əmirliklərinin xəfiyyə məmurlarının köməyilə Bəhreyndə xalq etirazlarına divan tutur.