Apr 08, 2017 20:18 Asia/Baku
  • ABŞ-ın vurduğu Şüəyrat hava bazası fəaliyyətini bərpa edib
    ABŞ-ın vurduğu Şüəyrat hava bazası fəaliyyətini bərpa edib

ABŞ-ın dünən kruz raketləri ilə hədəfə aldığı Suriyanın 2-ci ən iri hava bazası bu gündən etibarən öz fəaliyyətini bərpa edib və qırıcı təyyarələr terrorçuların mövqelərinə havadan zərbələr endirmək üçün yenidən havaya qalxmağa başlayıblar.

Suriyanın Şüəyrat hərbi hava bazası, ABŞ-ın raket hücumuna məruz qalmasından bir gün sonra öz fəaliyyətini bərpa edib və qırıcı təyyarələr yenidən terrorçuların mövqelərinə zərbə endirmək üçün bu hava bazasından istifadə etməyə başlayıblar.

 

Terrorizm ilə fasiləsiz mübarizə. Suriya qırıcıları yenidən Şüəyrat hərbi bazasından havaya yüksəlməyə başlayıblar.

Bura Homs şəhərinin 31 km cənub-şərqində yerləşən Şüəyrat hərbi hava bazasıdır. Şüəyrat Suriya ordusunun ən iri hava bazalarından biridir. Şüəyrat Suriya ordusunun 2-ci ən iri hava bazasıdır və Suriyanın mərkəzi və şərq hissələrində terrorçuların mövqelərinə hava zərbələrinin endirilməsində bu hava bazası mühüm rola malikdir. Amerika, Xan Şeyxun hadisəsindən sonra bu bazaya raket hücumu edib. Bu hadisədə Suriya ordusunun 9 ədəd köhnə təyyarəsi və 11 nəfər o cümlədən, hərbi bazada olan bir neçə hərbçi və ətraf kəndlərin sakinlərindən olan bir neçə uşaq həyatını itirib. Bu raket hücumu bir neçə nəfərin də yaralanmasına səbəb olub.

Suriya silahlı qüvvələrinin mərkəzi qərargah rəisi ABŞ-ın raket hücumları nəticəsində yaralananlara baş çəkmək üçün məntəqəyə olan səfəri zamanı ABŞ-ın hücumlarına rəğmən terrorizmə qarşı savaşın son terrorçunun da məhv ediləcəyi zamana kimi davam edəcəyini bildirib.

Amerikalılar Şüəyrat hərbi hava bazasına 59 raketin atıldığını bildirirlər. Amma, Nyu-York Tayms qəzeti isə 37 raketin atıldığını və onlardan 23-nün hədəfə çatmazdan öncə vurulduğunu yazıb.


Siyasi məsələlər üzrə şərhçi Əsədullahi isə bu barədə deyir:

"Amerika 59 ədəd kruz raketi ilə hücum etdiyini elan edib. Amma, hadisənin ardınca hücuma məruz qalmış məntəqəyə baxış keçirən Suriya və Rusiyanın hərbi ekspertləri sadəcə 23 raketin izlərinə rast gəliblər. Belə bir sual yaranır: Görəsən digər 36 raket necə olub? Əgər bu 36 raket öz istiqamətini dəyişərək, hər hansı başqa bir yerə düşübsə, bu, ABŞ-ın raket sənayesi üçün bir faciə və rüsvayçılıq sayılır. Zira, raketlərinin 60%-i hədəfi vura bilməyib. İkinci bir nəzəriyyə də var. Və o bundan ibarətdir ki, Amerika 23-dən artıq raket atmayıb. Amma, Tramp daha öncə Suriyaya ediləcək hər bir hücumun xərclərini Fars körfəzi ətrafında yerləşən Ərəb ölkələrinin ödəyəcəyini bildirdiyi üçün, indi raket sayını yüksək göstərməklə, onlardan daha artıq pul almağa çalışır."

 

Bəlkə də elə buna görədir ki, Tramp dünən Suriyaya edilən raket hücumunun ardınca Ərəbistan kralı ilə telefon əlaqəsi saxlayıb və Ərəbistan kralı da bu raket hücumunu alqışlayıb. ABŞ-ın Şüəyrata olan hücumu terrorçuların regiondakı himayədarlarının sevincinə və terrorçuların şadlığına səbəb olmuş olsa da, terrorçuların bir neçə avtobus ilə Homs vilayətinin Vəər məntəqəsini tərk etməsi, terrorçuların aqibətinin heç də xoş olmadığından xəbər verir. 

 

 

Teqlər