Son iki ildə Yəmən paytaxtında yüzlərlə məktəb dağıdılıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i265638-son_iki_ildə_yəmən_paytaxtında_yüzlərlə_məktəb_dağıdılıb
Yəmən paytaxtı Səna şəhərində Ali-Səudun son iki il ərzindəki hücumları nəticəsində yüzlərlə məktəb dağıdılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 14, 2017 09:33 Asia/Baku
  • Son iki ildə Yəmən paytaxtında yüzlərlə məktəb dağıdılıb
    Son iki ildə Yəmən paytaxtında yüzlərlə məktəb dağıdılıb

Yəmən paytaxtı Səna şəhərində Ali-Səudun son iki il ərzindəki hücumları nəticəsində yüzlərlə məktəb dağıdılıb.

Səba Net portalı bu gün Səna təhsil idarəsinin rəisi Məhəmməd Abdullah Əl-Fəzliyə istinadən bildirib ki, Paytaxtın təhsil sektoru son iki il ərzində Səudiyyə və Amerikanın zalım hücumları nəticəsində ağır ziyana məruz qalıb. 

Əl-Fəzli deyib: Sənanın 300 dövlət məktəbindən 244-ü son iki ilin hücumlarında dağılıb və bu məktəblərin yenidən bərpası üçün 16 milyon dollar maliyyə vəsaiti lazımdır. 

Əl-Fəzli deyib: Paytaxtın təhsil ocaqlarına dəyən maddi ziyandan əlavə məktəblilər təcaüzkarların hava hücumlarının davam etdiyinə görə, məktəbə gütməkdən qorxur və bu da məktəblilər və onların ailələrinin əhval-ruhiyyəsini körlayıb. 

Səna və Yəmənin digər vilayətlərində son iki il ərzində Səudiyyə Ərəbistanı və müttəfiqlərinin təcavüzləri nəticəsində cəmi 2 min 306 məktəb ya tam dağılıb yaxud xəsarət alıb.